MARAQLI

ABŞ-də həbsxanadan ağlasığmaz qaçış planı – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Pensilvaniya ştatında qəribə hadisə baş verib. Belə ki, məhkum divarı dırmanaraq həbsxanadan qaçıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, əslən Braziliyadan olan Danelo Kavalkante keçmiş sevgilisini öldürməkdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.

Qaçağın həbsxanadan təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir. Pensilvaniya ştatının hüquq-mühafizə orqanları əməkdaşları məhkumun təhlükəli ola biləcəyi barədə yerli sakinləri xəbərdar ediblər. Həmçinin səlahiyyətlilər sakinlərdən Kavalkantenin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı xahiş edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir