Dünya

Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirə ediləcək

Sharing is caring!


Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.

O qeyd edib ki, xüsusilə bəzi Avropa ölkələrində Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək və bu məsələ ətraflı müzakirə ediləcək.

Xatırladaq ki, İsveçdə, Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması aksiyaları keçirilib. Bu aksiyalar bir çox müsəlman ölkələrinin qəzəbinə səbəb olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir