Kriminal

Salyanda gənc bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.

Bildirilib ki, kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir