Kriminal

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub

Sharing is caring!


Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ş.Eyvazov idarə etdiyi avtomobillə piyada zolağını keçən Nurəddin Məmmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisədən sonra təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir