İqtisadiyyat

Rəqabət qanunvericiliyini pozan sahibkarları hansı cəza gözləyir?

Sharing is caring!


Rəqabət qanunvericiliyinin pozulmasına görə təsərrüfat subyektlərinin sahibləri üç ildən beş ilə qədər məsuliyyətə cəlb edilə bilərlər.

Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.

Məcəlləyə əsasən, müvafiq maddələrdə nəzərdə tutulmuş hallarda rəqabət orqanı bazar subyektinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edir. 

Rəqabət Məcəlləsində nəzərdə tutulmuş hallarda sazişlərin və ya müqavilələrin etibarsız hesab edilməsi (etibarsızlığının təsdiq edilməsi) və nəticələrinin tətbiq edilməsi barədə rəqabət orqanının iddialarına Mülki Məcəllə ilə müəyyən edilmiş müvafiq müddətlər tətbiq olunur.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir