Kriminal

Daha bir nəfər dövlətə xəyanətə görə həbs edilib

Sharing is caring!


Dövlətə xəyanətdə ittiham olunan Hacı Paşayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, H.Paşayev 17 il azadlıqdan məhrum edilib.

H.Paşayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilir.

Qeyd edək ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Bəxtiyar Ağazadənin də cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir