Müsahibə

Andreas Umland: “Gərginliyin səbəbləri Ermənistanın daxili problemləri ilə bağlı ola bilər” – MÜSAHİBƏ

Sharing is caring!

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatlarına qətiyyətlə cavab verməsi, gözlənildiyi kimi, Ermənistan rəhbərliyində təşvişə səbəb olub.

Baş nazir Nikol Paşinyan adətinə uyğun olaraq Rusiya Prezidenti Vladimir Putindən başlayaraq dünya liderlərinə ardı-arası kəsilməyən zənglər edir.

Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa meyilli olması ətrafında gözləntilər özünü doğrultmadı. İrəvan sülh prosesini ləngitməkdən ötrü eskalasiyaya getmək qərarına gəlib.

Ermənistan növbəti dəfə bütün ümidləri xarici qüvvələrə, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya bağlayır. Bu cür gözləntilər nə dərəcədə özünü doğruldur?

Stokholm Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin analitiki, almaniyalı politoloq Andreas Umland Oxu.Az-a müsahibəsində qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü məsələsi gündəmə gələrsə, KTMT sırf formal olaraq hansısa şəkildə reaksiya verə bilər:

“Amma baş verənlərə geosiyasi prizmadan baxsaq, o zaman Rusiyanın Şərqi Avropa, Ukrayna ilə məşğul olduğunu görərik, o indi Ermənistanın hayında deyil. Üstəlik, istisna etmirəm ki, Ukraynada müharibə davam edərsə və Rusiya Federasiyasının əlavə qoşunlara ehtiyacı olarsa, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması məsələsi tezliklə rəsmən gündəmə gələ bilər”.

– İrəvanın bu cür məntiqsiz davranışının səbəbi nədir?

– …Mən ehtimal edirəm ki, bütün bunlar Ermənistanın daxili siyasəti ilə bağlıdır, əks halda təxribatların heç bir mənası olmazdı, çünki İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi üstünlüyünü göstərdi və Rusiya indi başqa istiqamətdə məşğuldur. Ona görə də hərbi əməliyyatların səbəbləri dövlətlərarası yox, Ermənistan daxili problemləri ilə bağlı ola bilər.

– Bəlkə, məsələ Ermənistanda sülhə qarşı çıxan və Nikol Paşinyanı erməni maraqlarını təslim etməkdə ittiham edən radikal müxalifətin fəallığındadır? Paşinyan isə bunun fonunda Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirir? 

– Kifayət qədər mümkündür. Həmçinin istisna etmək olmaz ki, Ermənistan ordusunda “itaətsiz” generallar var və onlar gərginlik yaratmaq qərarına gəliblər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir