Kriminal

Qohumunun həyətində çətənə yetişdirən şəxs tutuldu – FOTO

Sharing is caring!


Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb.

O, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib. 

Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilən baxış zamanı həyətyanı sahədən, eləcə də həyətdə olan yarımtikilidən hündürlüyü üç metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və beş kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir