Kriminal

Atasının məzar daşını düzəltməli olan şəxsin avtomobilinə atəş açdı, tutuldu – FOTO

Sharing is caring!


Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər və atəş açan şəxs tərk-silah edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə qəbiristanlığa gəlib. O, mərhum atasının qəbir daşını vaxtında düzəltmədiyini əsas gətirərək iki dəfə məzar daşları düzəldən şəxsin minik avtomobilinə, iki dəfə də havaya atəş açıb.

Q.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir