İdman

UEFA Gənclər Liqası: “Qəbələ”nin ikinci mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

Sharing is caring!


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, “Qəbələ” birinci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir