Kriminal

Fazil Mustafaya qarşı terrora görə tutulanlardan biri İrandan onu ölümlə hədələyən şəxsin qardaşıdır

Sharing is caring!


Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

Bununla bağlı APA məlumat yayıb.

Məlum olub ki, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir