Kriminal

Azərbaycan-İran sərhədində əməliyyat: Saxlanılanlar var – FOTO

Sharing is caring!


Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən şəxslər saxlanılıblar.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir