Siyasət

Səlcuq Bayraktar Azərbaycan xalqını təbrik edib – FOTO

Sharing is caring!

“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü təbrik edirəm”.

Bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktarın 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə səhifəsində etdiyi paylaşımında yer alıb.

Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir:

“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə “Bir Festival” əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir