Cəmiyyət

Qaxda qaydalara riayət etməyən sürücülər barəsində inzibati tədbir görülüb – FOTO

Sharing is caring!

Qaxda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbir keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hərəkətin intensiv olduğu yollarda dayanma-durma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunub və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir