Kriminal

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Sharing is caring!

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir