Kriminal

Haluk Leventi ittiham edən model istintaqa cəlb olundu: 13 il həbs cəzası ala bilər – FOTO

Sharing is caring!

Türkiyəli model Deniz Akkayaya qarşı istintaq başladılıb.

AHBAP Dərnəyinin qurucusu Haluk Leventlə bağlı iddialarına görə modelə qarşı 5 fərqli cinayət üzrə ittiham irəli sürülüb.

Deniz Akkaya AHBAP Dərnəyinin qurucusu Haluk Leventin ABŞ-də çirkli pulların yuyulması ilə bağlı mühakimə olunan Sezgin Baran Qorxmazla fotosunu paylaşıb. Akkaya bununla bağlı müxtəlif iddialar səsləndirib və Haluk Leventi dələduzluqda ittiham edib.

Akkayanın ittihamlarına qarşı çıxan və iddiaların sübuta yetirilməsini istəyən Levent şikayət ərizəsi verib. İstanbul Respublika Prokurorluğu Dəniz Akkaya haqqında dövlət qurum və təşkilatlarını təhqir etmək və alçaltmaq, ictimaiyyətə yanlış məlumatlar yaymaq, təhdid, təhqir və böhtan atmaq maddələri üzrə istintaq başladıb.

Prokurorluq bu istintaq çərçivəsində Deniz Akkayanın ifadəsinin alınması üçün hüquq-mühafizə orqanlarına order verib. Prokurorluq iddia qaldıracağı halda Deniz Akkaya 5 fərqli cinayətə görə 13 ilə qədər həbs cəzası ala bilər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir