Kriminal

Quldurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Sharing is caring!

Fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfərin bıçaqla hədələnməsi, onların birindən içərisində 2 000 ABŞ dolları və sənədlər olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir