Dünya

RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin: “ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”

Sharing is caring!

“ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan edib.

Onun sözlərinə görə, yanvar ayında ABŞ Rusiya və MDB ölkələrində terror aktları üçün İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan 60 terrorçu seçib, onların Rusiyanın Şimali Qafqaz regionundan, həmçinin Mərkəzi Asiya ölkələrindən cəlb olunmasına xüsusi diqqət yetirilib.

“ABŞ diplomatlara, dövlət qulluqçularına, təhlükəsizlik işçilərinə və hərbçilərə qarşı terror aktları həyata keçirmək üçün Rusiya Federasiyası və MDB ölkələrinə yaraqlıları göndərməyi planlaşdırır”, – deyə Rusiyanın baş kəşfiyyatçısı bildirib.

Məlumata görə, terrorçulara Suriyadakı Ət-Tanf bazasında təlim keçilir.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, ABŞ yaraqlıları kiçik qruplar halında Rusiya Federasiyası və MDB-də buraxmağı planlaşdırır.

O, ABŞ təhlükəsizlik qurumlarında mənəvi prinsiplərin tamamilə itirildiyini deyib.

“Bu cür hərəkətləri ilə Vaşinqton özünü ən böyük beynəlxalq terror təşkilatları ilə bərabər tutur”, – deyə Narışkin vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Stavropolda dəmiryol vağzalında terror aktı törətməyi planlaşdıran 4 terrorçunu məhv ediblər.

Mənbə: news.rambler.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir