Dünya

ABŞ səfirliyi amerikalıları təcili olaraq Rusiyanı tərk etməyə çağırdı

Sharing is caring!

ABŞ səfirliyi öz vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə və bu ölkəyə səfər etməməyə  çağırıb.

Bu barədə bəyanat səfirliyin saytında dərc olunub.

Bu qərarın Rusiya hərbi qüvvələrinin Ukraynaya tammiqyaslı müdaxiləsinin gözlənilməz nəticələri ilə bağlı olduğu bildirilir.

Səfirliyin məlumatına görə, ABŞ vətəndaşlarına edilən bu xəbərdarlığın səbəbləri arasında təqib ehtimalı, Rusiya kəşfiyyat orqanları tərəfindən qanunsuz həbslər və qanunların özbaşına tətbiqi, uçuşlara qadağa qoyulması və səfirliyin konsulluq yardımı göstərmək imkanlarının məhdudlaşdırılması kimi amillər var.

Qeyd olunur ki, ABŞ hökumətinin Rusiyada ABŞ vətəndaşlarına planlı və ya təxirəsalınmaz xidmətlər göstərmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb ki, bu, xüsusən də ABŞ-nin Moskvadakı səfirliyindən uzaq ərazilərdə daha çox özünü göstərir.

Məlumatda vurğulanır ki, sentyabr ayında səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyası ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə bilər. Eyni zamanda vətəndaşları konsulluq yardımından məhrum etməklə yanaşı onları hərbi xidmətə cəlb edə, habelə ölkədən çıxmalarına mane ola bilər.

Səfirlik həmçinin bildirilib ki, ABŞ vətəndaşları Amerikanın kredit və debet kartlarının Rusiyada işləmədiyini nəzərə almalıdırlar. Rusiya banklarına tətbiq edilən sanksiyalara görə ABŞ-dən elektron köçürmə imkanlarının da son dərəcə məhdud olduğunu diqqətdə saxlamalıdırlar.

ABŞ səfirliyi hər hansı siyasi və sosial etirazlardan uzaq durmağı və Rusiya təhlükəsizlik işçilərinin şəkillərini çəkməməyi də tövsiyə edib.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir