Dünya

Türkiyənin yenilənmiş aktiv qırılma xətləri xəritəsi dərc edildi: Hansı ərazilərdən keçir? – FOTO

Sharing is caring!

Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) öz saytında yenilənmiş aktiv qırılma xətləri xəritəsini dərc edib.

MTA-nın hazırladığı Türkiyə Aktiv Qırılma Xətti Xəritəsinə görə, Türkiyədə 5,5 və daha yuxarı gücə malik zəlzələ əmələ gətirə biləcək 485 aktiv qırılma xətti mövcuddur.

Paylaşılan xəritəyə əsasən, Türkiyədə 45 vilayətdə birbaşa aktiv qırılma xətti üzərində yerləşən 110 rayon var. Qırılma xətti üzərində olan vilayətlər isə Aksaray, Aydın, Balıkesir, Bolu, Burdur, Bursa, Bingöl, Denizli, Eskişehir, Erzincan, Erzurum, Hakkari, Hatay, İzmir, Kahramanmaraş, Manisa, Muğla, Kocaeli, Konya, Osmaniye, Sakarya, Tokat və s.-dir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir