Cəmiyyət

Bakının yağış dərdi: Qrunt suları küçəni keçilməz etdi – VİDEO

Sharing is caring!

Sabunçu rayonunda küçəni su basıb.

Bu barədə görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. 

Belə ki, Sabunçuda “Vağzal dairəsi” adlanan ərazini su basıb. Nəticədə ərazidə gölməçə yaranıb.

Məsələ barədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, son günlərdə intensiv yağan yağışlar nəticəsində yağış barmaqlıqlarının tutulması səbəbindən rayonun Sabunçu qəsəbəsinin 2 Aprel küçəsində (Dəmiryol vağzalının qarşısı və yeraltı tunel) subasma halları müşahidə olunub:

“Yaranmış problemin aradan qaldırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin, “Balaxanı Əməliyyat Şirkəti”nin, Rayon Sukanal İdarəsinin və Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və birgə görülmüş tədbirlər nəticəsində barmaqlıqlar təmizlənərək, sular kənarlaşdırılıb. Hazırda qeyd olunan küçədə vəziyyət stabildir və subasma halları müşahidə olunmur”.

“Eyni zamanda, onu da nəzərinizə çatdırırıq ki, qeyd olunan ərazinin nəzarətdə saxlanılması üçün Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinə müvafiq tapşırıq verilib”, – deyə o qeyd edib. 
 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir