Kriminal

Bakıda marketə saxta 200 manatlıq əsginas verən şəxs tutuldu

Sharing is caring!

Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 19-da saat 02:35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əsginas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir