Kriminal

Şərurda qısqanc ər arvadını və qardaşını bıçaqladı

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bıçaqlama hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Mahmudkənd kəndində qeydə alınıb.

Kənd sakini 35 yaşlı Rahid Əliyev qısqanclıq zəminində arvadı 30 yaşlı Türkanə Əliyevanı və qardaşı 37 yaşlı Hüseyn Əliyevi bıçaqlayıb.

R.Əliyev hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir