Kriminal

Balakəndə 23 yaşlı gənci bıçaqlayan şəxs axtarışdadır

Sharing is caring!

Balakəndə 23 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Balakən şəhər ərazisində baş verib.

1999-cu il təvəllüdlü Toğrul Səmədli ilə hələ ki istintaqa məlum olmayan şəxs, yaxud şəxslər arasında dava baş verib. Münaqişə zamanı 23 yaşlı Toğrul Səmədli bıçaqlanıb. Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir