Cəmiyyət

Xınalıqda avtomobil dərəyə aşıb: Ölən var

Sharing is caring!

Quba rayonunun Xınalıq kəndində avtomobil dərəyə aşıb, ölən var.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 23-ü saat 18 radələrində Quba-Xınalıq yolunun 57-ci km-də, Xınalıq kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil dumanlı hava şəraitində idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb. Nəticədə sürücü bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin – 1978-ci il təvəllüdlü Lalayev Rauf Bədəl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir