Cəmiyyət

Birinci sinfə cəmi iki saat gedə bilən Şəfanın yaşamaq üçün sizə ehtiyacı var – FOTO/VİDEO

Sharing is caring!

Yeddi yaşlı Ramazanova Şəfa xərçəng xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Ramazanov Ruslan məlumat verib.

O qeyd edib ki, övladı bir ildən çoxdur ki, böyrəküstü vəzin xərçəngi ilə mübarizə aparır:

“Qızımın xəstəliyini biləndə artıq o, məktəbə hazırlaşırdı. Birinci sinfin ilk günü cəmi iki saat parta arxasında otura bildi. Onu dərhal məktəbdən götürüb Milli Onkologiya Mərkəzinə apardıq. Şəfa Türkiyədə ilkin müalicəsini tamamladı, lakin maddi gücümüz çatmadığı üçün ilik köçürülmədi. Üstəlik xəstəxanadan da çıxardılar. Ona sümük iliyi nəql edilməlidir. Donor Almaniyada tapılsa da, əməliyyatın qiyməti 100 min dollar olduğu üçün qızımı bu amansız xəstəliyin əllərindən ala bilmirəm. Xalqımızdan qızımızı xilas etmək üçün bizə kömək etmələrini xahiş edirəm”.

Kapital Bank: 4169 7385 5975 9885

Rabitə Bank: 5261 6333 3312 2886

Rusiya hesab kartı: 4817 7604 3591 4858

Atası ilə əlaqə nömrəsi: 055 713 53 13

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir