İdman

Avropada xal itirməyən üç komandadan biri “Qarabağ”dır

Sharing is caring!

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı üçə enib.

“Report”un məlumatına görə, siyahıda “Qarabağ” da yer alıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda “Düdelanj” (10), Yunanıstanda isə “Panatinaikos” (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Ukrayna çempionatının VIII turda “İnqulets”lə 2:2 hesablı heç-heçə edən “Dnepr-1” siyahıdan kənarda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir