İqtisadiyyat

Heykəl üzərində yazılar DƏYİŞDİRİLMİR: Yeniyetmə və gənclər kiril əlifbasını oxuya bilmirlər – VİDEO

Sharing is caring!

Yeniyetmə və gənclər şəhər ərazisində adları kiril əlifbası ilə yazılan Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını oxuya bilmirlər.

Bu barədə ATV süjet hazırlayıb.

Azərbaycan müstəqillik qazanandan sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası ilə bağlı qanun qəbul edilib. Bu proses çox ləng getdiyindən Heydər Əliyevin 18 iyun 2001-ci il fərmanına əsasən, həmin ilin avqustun 1-dən Azərbaycan rəsmi olaraq latın əlifbasına keçid etdi.

Sakinlərlə sorğu keçirilən zaman onlar heykəllərin adları və onlar barədə məlumatların latın əlifbası ilə yazıldığı lövhələrin hazırlanmasını təklif ediblər.

Mövzu ilə bağlı monitorinq mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva qeyd edib ki, 2000-ci ildən sonra dünyaya gələn yeni nəsil kiril əlifbasını oxuya bilmir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hazırda sözügedən görkəmli şəxsiyyətlərin adlarının heykəllər üzərində dəyişdirilməsi ilə bağlı hər hansı bir tədbir nəzərdə tutulmayıb.

Daha ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir