İdman

“Qalatasaray” futbolçuları arasında məşq zamanı gərginlik yaşandı – VİDEO

Sharing is caring!

Avstriyanın Qras şəhərində təlim məşq toplanışında olan “Qalatasaray”ın bu səhər məşqində hollandiyalı Van Aanholt ilə Kerem Aktürkoğlu arasında gərginlik yaşanıb.

İnsident 5-2 ötürmə məşqi zamanı yaranıb.

Əvvəlcə sözlü mübahisə edən futbolçular daha sonra bir-birinin üzərinə yeriyib.

Digər futbolçuların vəziyyətə müdaxiləsi sayəsində gərginliyin artmasının qarşısı alınıb.

Qeyd edək ki, “Qalatasaray” Avstriya düşərgəsində ikinci yoldaşlıq görüşündə sabah Macarıstanın “MOL Fehervar” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, sarı-qırmızılılar buradakı ilk yoldaşlıq görüşündə Avstriyanın “Şturm Qras” komandasına 2:1 hesabı ilə uduzublar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir