İqtisadiyyat

Natiq Cəfərov: “Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayı artırılacaq”

Sharing is caring!

“Orta Dəhlizin Azərbaycan-Gürcüstan keçidində vaqon platformalarının sayını artırmaqla bağlı tərəfdaşlarla danışıqlar aparılır”.

“Report” xəbər verir ki, bunu “Railfreight” media portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.

“Hazırda Orta Dəhlizlə daşınan yüklərin həcminin kəskin artması ilə bağlı limanlarda konteynerlərin vaxtında daşınmasında problemlər yaranıb. Bundan başqa, vaqon platformalarının çatışmazlığı da var”, – N.Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq 108 vaqon platformasını icarəyə götürülüb və 2022-ci ildə daha 300 vaqon almaq planlaşdırılır. Bu ilin ilk dörd ayında Orta Dəhliz vasitəsi ilə 8 696 TEU konteyneri daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

N.Cəfərov bildirib ki, Orta dəhlizdən başqa Azərbaycan ərazisindən tranzit keçən konteyner daşımaları da 130% artıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir