İqtisadiyyat

Azərbaycanda avtomobil benzininin istehsalı AZALDI

Sharing is caring!

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil benzinin istehsalı azalıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 160,9 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7,2 faiz azalıb.

Yanacaq mazutunun istehsalı 71,8 faiz artıb, avtomobil benzininin istehsalı 1,6 faiz, dizel yanacağının istehsalı 23,3 faiz, sürtkü yağlarının istehsalı 25,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 26,4 faiz, neft koksunun istehsalı isə 33,9 faiz azalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir