İqtisadiyyat

Muxtar Babayev: “Münhen konfransında iştirakımız iqlim təşəbbüslərini müzakirə etməyə imkan verir”

Sharing is caring!


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) sədri Azərbaycanın Münhen Təhlükəsizlik Konfransında iştirakı iqlim dəyişikliyi sahəsində uğur qazanmaq üçün təşəbbüsləri müzakirə etmək üçün yaxşı fürsətdir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev konfransın panel müzakirəsi zamanı bildirib.

“Ötən həftə biz başqa bir qrup ölkə ilə danışıqlar aparmaq üçün BƏƏ-də olduq. Gələn həftə Keniyaya, Nayrobiyə səfər etməyi, Afrika və regionun digər ölkələrindən hansı təşəbbüslərin irəli sürüləcəyi ilə bağlı müzakirələrdə yenidən iştirak etməyi planlaşdırırıq. Hələ bütün təklifləri dinləyirik”, – deyə o qeyd edib.

COP29 prezidenti vurğulayıb ki, bu təşəbbüs düzgün qərarlar qəbul etməyə imkan verəcək:

“Lakin bunun üçün bütün maraqlı tərəflərin dəstəyinə ehtiyacımız var”.

Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir