Cəmiyyət

Ötən il doqquz vəkilin fəaliyyəti dayandırılıb, 20-nə töhmət verilib

Sharing is caring!


Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, doqquz nəfərin isə fəaliyyəti dayandırılıb.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub.

2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icraatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə intizam icraatına xitam verilib.

Həmin şikayətlər əsasında 33 vəkilə intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib, 21-nə irad, 20 vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə və sair əsaslarla intizam 80 vəkilin intizam icraatına xitam verilib. 46 şikayət üzrə qiymət verilməsinin mümkün olmayıb. 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir