İqtisadiyyat

Ekspert: “Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır”

Sharing is caring!


“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib.

O, “Report”a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır.

P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:

“Ermənistanın yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışdıq. Yatağın istismarı təkcə Ermənistan çərçivəsində deyil, bütün regionu, hətta planeti təhdid edir. Qızılın istismarı üçün bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir. Bu maddələr burada olan İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri üçün də problemdir”.

Onun sözlərinə görə, Ermənistan və həmin yatağı istismar edən “Lydian” şirkəti tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi. P.Vəliyeva bildirib ki, belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin özünə ziddir.

“Yatağın istismarı zamanı aparılan qiymətləndirmə zamanı ətraf-mühitə təsir nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır. Biz AFP koalisiyası olaraq bütün bəyanatlarımızda olduğu kimi yenə də həmin şirkətlərə səslənirik. Həm yerli şirkət, həm səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin yatağın istismarını dayandırsınlar və ya ətraf-mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında təqdim etsinlər. Bu məlumatlar əhaliyə açıq olsun. Tələb edirik ki, xarici ekspertlər Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərə, qeyri-hökumət təşkilatları icmalarına icazə versinlər ki, gedib o yatağı monitorinq etsinlər. Burada ekspertiza işləri aparılsın, yatağın fəaliyyəti ilə yerində tanış olsun, müəyyən ölçmə işləri, nümunələr götürülsün. Monitorinq aparılmasına qarşı tərəf əlverişli şərait yaradılsın”.

Xatırladaq ki, “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna dari bəyanat yayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir