İdman

“Olimpiakos” əzmkar qələbə ilə ikinci pilləyə yüksəldi

Sharing is caring!

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Pirey təmsilçisi VII turda səfərdə OFİ klubu ilə qarşılaşıb. Görüş qonaqların əzmkar qələbəsi ilə başa çatıb – 2:1

Hesabı 40-cı dəqiqədə meydan sahibləri açıblar. Andreas-Rixardos Ntoi topu öz qapısından keçirib. 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Olimpiakos” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın edib. Komandalar IV turda Bakıda üz-üzə gələcəklər. Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir