İdman

Öz meydanında 10 nəfərlə qalan “Fənərbağça” qələbəni əldən verdi – VİDEO

Sharing is caring!

Türkiyə Super Liqasının XIV turunda “Fənərbağça” öz meydanında “Giresunspor”la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıblar.

Enner Valensiya 19-cu dəqiqədə fərqlənib. 40-cı dəqiqədə isə “Fənərbağça”nın braziliyalı hücumçusu Joao Pedro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İkinci hissədə rəqibin meydandakı azlığından istifadə edən qonaqlar iki qol vurublar. İspaniyalı Borxa Saynz 12 dəqiqəyə dubl edərək komandasının qələbəsini təmin edib. O, 71 və 83-cü dəqiqələrdə fərqlənib.

Bu nəticə ilə “Fənərbağça” beş oyunluq qələbə seriyasından sonra məğlubiyyətlə barışmalı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir