İqtisadiyyat

Azərbaycandan Rusiyaya yumurta tədarükü 4,2 milyon ədədə çatıb

Sharing is caring!


Yanvarın 25-də Azərbaycandan Rusiyaya 612 min ədəd (36 ton) daha iki partiya ərzaq yumurtası tədarük edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat verib.

Ümumilikdə, bugünədək Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib.

Bildirilib ki, yaxın vaxtlarda daşınmaların fasiləsiz həyata keçirilməsi üçün texniki mütəxəssislər məsləhətləşmələr aparacaqlar.

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.

Mənbə: fsvps.gov.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir