İdman

Türkiyə Super Liqası: “Qalatasaray” autsayderdən üç xal alaraq lider “Fənərbağça”ya çatdı

Sharing is caring!


Türkiyə Super Liqasının 22-ci turunda son çempion “Qalatasaray” autsayder “İstanbulspor”u qəbul edib.

Görüşdə hesabı qonaqlar açsa da, sonda sevinən tərəf ev sahibləri olublar.

28-ci dəqiqədə Sambissa oyundakı ilk qolun müəllifi olmaqla “İstanbulspor”u önə keçirib. Lakin 36-cı dəqiqədə penaltidən fərqlənən Aktüroğlu, 79-cu dəqiqədə “cim-bom”u hesabda irəli çıxaran qola imza atıb. 89-cu dəqiqədə “İstanbulspor” azlıqda qalıb. Bundan yararlanan “Qalatasaray” isə fərqi artırıb. İkardi penaltini dəqiq yerinə yetirərək oyunda yekun hesabı müəyyən edib – 3:1.

Hazırda “aslanlar” 57 xalla turnur cədvəlində lider “Fənərbağça”dan sonra ikinci pillədədirlər. Rəqibləri yalnız topların nisbəti ayırır. “İstanbulspor” isə cəmi 10 xalla sonuncu – 20-ci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir