İqtisadiyyat

Nazir: “Üç il ərzində sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib” – FOTO

Sharing is caring!


“Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.

“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, – deyə nazir qeyd edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir