Cəmiyyət

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Sharing is caring!


Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Oxu.Az xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində “Seyfulla”, İ.Məlikzadənin “Gəl qohum olaq”ında “Camal”, H.Abbaszadənin “Həzi Aslanov”unda “Bekişvilli”, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində “Atamoğlan əmi”, N.B.Vəzirovun “Hacı Qənbər”ində “Qıdı Kirvə”, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində “Bəhruz”, H. Mirələmovun “Vicdanın hökmü”ndə “Aşot”, B. Nuşiçin “Nazirin xanımı”nda “Çeda”, N.Nərimanovun “Nadir şah”nda “Əliəşrəf bəy” və s. obrazlara səhnə həyatı verib.

Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir