Dünya

İsrail və HƏMAS atəşkəslə bağlı razılığa gələ bilmədilər

Sharing is caring!


“İsrail Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa razı deyil”.

Bu barədə NBC telekanalı diplomatik mənbələrə istinadən məlumat verib.

“Məsələlərin çoxu razılaşdırılıb. Razılıq əldə olunmayan məqam ondadır ki, İsrail daimi atəşkəs təklifi ilə razılaşmır”, – deyə danışıqlarda iştirak edən üçüncü tərəfin adı açıqlanmayan diplomatı bildirib.

Telekanal qeyd edib ki, ABŞ, Misir və Qətər nümayəndələri, Qəzza zolağında saxlanılan 130-a yaxın girovun azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsinə çalışırlar. HƏMAS tələb edir ki, bunun müqabilində İsrail hərbi əməliyyatları dayandırsın, qoşunları Qəzza zolağından çıxarsın və çox sayda fələstinli məhbusu azad etsin.

Nəzərdən keçirilən razılaşma girovların 30 gün ərzində azad edilməsini nəzərdə tutur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir