İqtisadiyyat

Zəngilan və Kəlbəcərdəki qızıl yataqları ilə bağlı MÜHÜM XƏBƏR

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

Xəbəral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müqavilə “AzerGold” QSC-nin xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.

“İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib”, – deyə T. Mirkişili qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir