İqtisadiyyat

Özbəkistan naziri: “SPECA ölkələri yeni əməkdaşlıq mexanizmləri müəyyən etməlidir”

Sharing is caring!


“SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri yeni əməkdaşlıq üsulları və mexanizmləri müəyyən etməlidir”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri, baş nazirin müavini Cəmşid Kuçkarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.

“Azərbaycan proqram iştirakçısı olaraq bu il mühüm təşəbbüslərlə çıxış edib, tərəfdaşlığın genişləndirilməsi üçün mühüm tədbirlər görüb. Bu günə kimi SPECA böyük yol qət edib. Regional tərəfdaşlığın gücləndirilməsində, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında mühüm nailiyyətlər əldə edilib. BMT-nin Avropa İqtisadi Komissiyasının dəstəyi ilə SPECA ölkələri ticarət, nəqliyyat, energetika, su resursları, innovasiyalar, texnologiyalar, ekologiya və gender bərabərliyi sahəsində birgə proqramlar həyata keçirib.

Bütün bunları qeyri-sabit geosiyasi vəziyyətə, ticarət, nəqliyyat və logistika zəncirinin pozulmasına, investisiya və texnologiyalara məhdud çıxışa, iqlim dəyişikliyi və digər problemlərə baxmayaraq həyata keçirməyimiz olduqca əhəmiyyətlidir. Bununla belə biz SPECA olaraq yeni əməkdaşlıq üsulları və mexanizmləri müəyyən etmək istiqamətində iş aparmalıyıq. Bu, proqramının əsas məqsədlərinə və vəzifələrinə xidmət edir”, – deyə C.Kuçkarov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir