Dünya

Nikol Paşinyan Ermənistan universitetlərindəki təhsili tənqid edib

Sharing is caring!


“Respublikada beynəlxalq standartlara cavab verən bir dənə də olsun – nə erməni, nə beynəlxalq, nə də özəl universitet var”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalı olar”, – deyə baş nazir hökumətin iclasında vurğulayıb.

Onun sözlərinə görə, bu səbəbdən gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar. Baş nazir əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.

O xatırladıb ki, hökumət ortamüddətli perspektivdə ölkənin bütün universitetlərini planlaşdırılan Akademik Şəhərciyə köçürmək niyyətindədir və 2030-cu ilə qədər təhsilin inkişafı strategiyasına əsasən, respublikada səkkizə qədər dövlət universiteti fəaliyyət göstərməlidir.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir