MARAQLI

Sevgililər Günü üçün ən romantik hədiyyələr siyahısına daxil edilən 150 min dollarlıq yuxu – FOTO

Sharing is caring!


Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyələrdən biri sosial şəbəkələrdə diqqət çəkib.

“Forbes”in məlumatına görə, 150 min dollarlıq mükəmməl yuxu, ən romantik hədiyyələr siyahısına daxil edilib.

ABŞ-nin Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən “The Peninsula” dəbdəbəli hoteli öz qonaqlarına Sevgililər Günü üçün mükəmməl gecə və yuxunu təcrübədən keçirməyi təklif edir. Qonaqlar hotelə gəldikdən sonra onlara dəbdəbəli iki mərtəbəli villada xidmət edəcək eşikağası təyin olunur.

Qonaqlar həmçinin keyfiyyətli yuxu ilə bağlı məsləhət almaq üçün “Rolls Royce” avtomobili ilə spa mərkəzinə aparılır və onlar üçün fərdi döşək seçilir. Qeyd edilib ki, qonaqlar daha sonra bu döşəyi evlərinə də apara bilərlər.

Mənbə: “Lenta dnya” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir