İdman

AAF-ın baş katibi: “Komandaların heyətində xanımların da yer alması bizi sevindirir”

Sharing is caring!


“Komandaların heyətində xanımların da yer alması bizi sevindirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının (AAF) baş katibi Bəhruz Nəbiyev Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə çövkən çempionatı, cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq:

“Bu yarışların keçiriləcəyi Binə Atçılıq Mərkəzinin rəhbərliyinə bizə dəstək olduqları üçün təşəkkür edirəm. Yarışları işıqlandıran media nümayəndələrinə minnətdaram. Polşa və Özbəkistanın heyətində xanım idmançılar var. Tədbirlərin final günlərinin noyabrın 8-nə təsadüf etməsi böyük hadisədir. Biz də idmanda bu günə öz töhfəmizi vermək istəyirik. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Qeyd edək ki, festival və dünya çempionatı noyabrın 5-8-də təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir