İqtisadiyyat

Mikayıl Cabbarov: “SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində işləyirik”

Sharing is caring!


“SPECA ölkələri ilə birgə sərmayə fondlarının yaradılması üzərində işləyirik”.

APA xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan Qırğızıstanla və Özbəkistanla İnvestisiya Fondu yaradıb. “Digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırıq”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir