İqtisadiyyat

Metyu Brayza: “Azərbaycan Qarabağ bölgəsini xarici investorlar üçün cəlbedici edir”

Sharing is caring!


“Hazırda iri amerikalı investorlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda layihələrə maraq göstərmirlər”.

Bunu Oxu.Az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza deyib.

“Onların çoxu hesab edir ki, siyasi risk hələ də yüksəkdir. Hamı bilir ki, ABŞ dünyada risk səviyyəsinin ən aşağı olduğu bazara malikdir. Qarabağ onlar üçün uzaq, ekzotik və riskli görünür.

Azərbaycan hökuməti Qarabağ bölgəsini xarici investorlar üçün cəlbedici edir. İnanıram ki, investisiyalar təbii olaraq ilk növbədə Türkiyədən, həmçinin Avropa İttifaqından təşrif buyuracaqlar. 

Hökumət ilk növbədə infrastrukturun inkişafı ilə məşğul olmalıdır ki, o, bunu da edir. Yalnız bu pazllar bir araya gəldikdə, ən yüksək riskə dözümlü ABŞ investorları üçün fürsətlər yaranacaq”, – deyə Metyu Brayza vurğulayıb.

Rufina Abdullayeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir