İqtisadiyyat

Nazir: “Azərbaycan Qırğızıstan ilə turizm sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirir”

Sharing is caring!


“Azərbaycan ilə Qırğızıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri inkişaf edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

“Qırğızıstan regionumuzda xüsusi rol oynayır. Ticarətin artımı üçün səmərəli fəaliyyət göstərir və əlaqələrimiz genişlənir. Bu il biz birgə İnvestisiya Fondu da yaratmışıq. Bizim Qırğızıstana yatırdığımız investisiyalar burada çox sahələri əhatə edən layihələr həyata keçirdiyimizi göstərir”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, İnvestisiya Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşir.

Fond fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və sairə.

Azərbaycanın İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisini planlaşdırır. Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə üç il ərzində hotelin tikintisini və işlərin 70%-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir