Cəmiyyət

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada minik avtomobilləri toqquşub.

APA xəbər verir ki, hadisə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Çobankol kənd sakini xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir